19:19 02.10.2023 471

“Qəbələ” ilə oyuna psixoloji cəhətdən hazır deyildim”

“Kəpəz”in sol cinah müdafiəçisi Rüfət Əhmədov Misli Premyer Liqasının 8-ci turunun “Qəbələ” ilə oyunundan sonra Fanat.Az saytının Gəncəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

Müqavilə ilə məz “Qəbələ”yə məxsus olan futbolçunun müsahibəsini təqdim edirik:

- "Qəbələ"nin futbolçusu olaraq "Qəbələ"yə qarşı oynadın. Hansı hissləri keçirdin? Özünü necə motivasiya etmişdin oyuna?

- Çempionat oyunu kimi çıxmışdım, qeyri-adi şey, əlavə motivasiya yox idi. Əsas 3 xal üçün çıxmışdıq. Önəmli olan komanda üçün yaxşı nəticə olması idi. Yəni, öz oyunumu heç düşünmürdüm ki, sırf rəqib "Qəbələ"di deyə çıxıb yaxşı oynayım, özümü göstərim. Həmişə olan motivasiyayla meydana çıxmışdım. Əsas düşüncəm 3 xal qazanmaq idi ki, bu da qismət olmadı.

- Artıq fasilədə əvəzləndin. Düşünmürsən ki, zəif oynadın?

- Bəli-bəli. Düzdür, baş məşqçi heç nə demədi, amma özüm düşünürəm ki, performansım zəif oldu. Özüm də bunu hiss edirdim. 

- Səncə, bu, nəylə bağlı idi? Özün üçün hansı nəticəni çıxardın?

- Oyunum alınmadı, istədiyim kimi deyildi. Elə bil ki, bədənimdə nəsə var idi. Qaçmaq istəyirəm, elə bil nəsə məni saxlayırdı, qaça bilmirdim. Bu gün mənə nəsə qeyri-adi bir şey olmuşdu. Ya çox həvəsli idim, ya da ki...

- Bəlkə əsas məsələ odur ki, çox istək nəticəsində özünü "yandırmışdın"?

- Bəli, çox həvəsli olmaq, yaxşı oyun göstərmək istəmişəm. Amma əksi olub, əks təsirini verib. Bu gün oyunum çox pis idi. Özümdə belə pis oyun görməmişdim. Şükür ki, fiziki durumum, orqanizmim yaxşıdı, zədəm yoxdu. Söhbət beyinlə bağlı idi. Bir az psixolji cəhətdən hazır deyildim. Oyunun alınmayanda çətin olur. İstər-istəməz azarkeş də tribunadan etiraz edir. Düzdür, peşəkar futbolçularıq, belə şeylərə fikir vermək lazım deyil. Amma bu futboldu, bu gün məndə alınmaz, sabah alınar. Bu, normal bir şeydi. Bu gün də məndə alınmadı.

- "Kəpəz"ə gəldiyinə görə peşman deyilsən?

- Xeyr-xeyr. Burda hər şey qaydasındadı. Məşqçilərimiz sağ olsunlar ki, mənə yaxşı qayğı, diqqət göstərirlər, şans verirlər. Mən də onlar üçün çalışacam ki, əlimdən gələnin ən yaxşısını edim. 

- Altı xallıq matçdı belə oyunlar. Səncə, rəqibin qələbəni daha çox istəməsi nəticəni müəyyənləşdirdi, yoxsa..?

- Yox, çox istəyirdik qalib gələk - baş məşqçidən tutmuş bütün futbolçulara kimi. Bizim də qol imkanlarımız oldu, sadəcə, bunları dəyərləndirə bilmədik. Məncə, rəqibin də elə ciddi qol vəziyyətləri olmadı. Əlinə düşən bir şansdan istifadə elədi. Bizdə böyük problem odur ki, qol imkanlarımızdan istifadə edə bilmirik, sonluq yoxdu. Buna görə problem olur.

- Gəncədə azarkeş təzyiqini nə dərəcədə hiss edirsiniz? Bəlkə bu amil yaxşı oynamağınıza, nəticə qazanmağınıza imkan vermir?

- Bizim üçün bir qisim var ki, həmin azarkeşlər bizi dəstəkləyir. Bu, "Xəmsə" fan-klubudu. Əsas onların fikirləri bizim üçün önəmlidi. Qıraqdan gələnlər onsuz da oyun udanda bizi tərifləyəcəklər, uduzanda əksini görəcəyik. Buna görə peşəkar futbolçular kimi onlara fikir vermək lazım deyil. "Xəmsə" isə nəticədən asılı olmayaraq həmişə yanımızdadı, bizə dəstək olur. Onlara nə qədər sağ ol desək, azdı.

- Evdə ardıcıl 4-cü məğlubiyyətini aldınız. Məntiqlə öz meydanınızda yaxşı oynamalısınız, amma səfərdə bunu edirsiniz. Niyə belə olsun?

- Nə bilim, komanda Gəncədə oynayanda nəsə var, nəfs, çatışmazlıq var. Nəticədə öz oyunumuzu oynaya bilmirik. Səfərdə daha yaxşı oyun göstərir "Kəpəz". Hər matçdan əvvəl çox istəyirik ki, Gəncədə udaq. Biz də istəmirik ki, ilk növbədə baş məşqçimizə istefa qışqırsınlar. Çünki Azər Məmmədov buna layiq deyil. Biz də istəyirik ki, doğma meydandan yaxşı nəticəylə çıxaq. Lakin 4 oyundu buna nail ola bilmirik. Düzdür, peşmançılıq olur belə 6 xallıq matçlarda uduzanda. Kaş onları udaydıq, bu zaman vəziyyətimiz daha yaxşı olardı. Amma "Qarabağ", "Neftçi", "Sabah" kimi komandalardan da xal almaq xoşbəxtlikdi.

- Azarkeşlər sizi fitə basdılar, rəqib komandanı isə alqışladılar. Bunu necə qarşıladınız?

- Məncə, əsl azarkeşlər belə şey etməməlidi. Əsl azarkeşlər bizi yenə yanlarına çağırıb dəstək olduqlarını bildirdilər. O biri insanların fikri mənim üçün maraqlı deyil. Bu, futboldu, belə şeylər çox olacaq.  Azarkeşlərin iradları bizə psixoloji gərgilik yaratmır. Azarkeşdi, hər arxaya ötürəndə irad bildirir. Amma bu, futboldu, qabağa hərəkətin yoxdursa, məcbur arxaya oynayacaqsan. Qabağa topu ötürüb itirməkdənsə, arxada top özündə qalsa, daha məqsədəuyğundu. Azarkeşlərə heç nə demək istəmirəm. 

- Son pillyə düşdünüz. Çıxa biləcəksiniz bu vəziyyətdən? Gəncə stadionu söküləndən sonra uzun müddət başqa yerdə oynamaq sizə necə təsir edəcək?

- İstəyərdik ki, Gəncədə oynayaq, daha çox azarkeşlərimiz qarşısında çıxış edək. Amma olmayanda olmur. İndi stadionumuz təmirə gedir. Qıraqda da oynasaq, əsas komanda üçün ən yaxşısı nədirsə, onu edək. İnşallah, çalışıb, toparlanıb "Kəpəz"i son pillədən çıxaracağıq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

10:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X