AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mehdiyeva AÇ-nin D qrupunda, oktyabrın 12-də keçiriləcək İsrail – Estoniya oyununun UEFA nümayəndəsi olacaq.