13:52 08.10.2023 1004

"Məni milliyə çağırmasalar..." - Yusif Nəbiyev

Misli Premyer Liqasının 9-cu turunda "Səbail" "Qəbələ" nin qonağı oldu. Görüş "dənizçilər"in 1:0 hesablı qələbəsi ilə başa çatdı. Yeganə qolu son dəqiqələrdə vuran "Səbail"in qələbəsində pay sahibi olan Yusif Nəbiyev matçdan sonra Fanat.Az-ın əməkdaşının da suallarını cavablandırıb.

"74 nömrə"nin müsahibəsini təqdim edirik:

- Ardıcıl qələbələrlə turnir cədvəlinin yüksək pillələrindəsiniz... Məsuliyyət yükü ağır deyilmi?
- Əlbəttə, futbolçu olaraq bu, bizdə əlavə məsuliyyət yaradır. Amma biz bir məsələdə rahatıq ki, rəhbərlik qarşımıza avrokuboklara vəsiqə tələbi qoymayıb. Biz növbəti oyunu fikirləşirik.

- Oyunun gedişinə baxsaq, sanki "Səbail" bir xal qazanmaq istəyirdi. Son dəqiqələrdə vurulan qolun sizə sürpiriz üç xal olduğunu deyə bilərik?
- Bəli, oyun gərgin mübarizə şəraitində keçdi. Bərabərlik ədalətli nəticə ola bilərdi. Amma bu, futboldur. Onlar vura bilmədilər, biz vurduq. Futbolda yazılmamış bir qanun var: Vurmayana vurarlar. Buna görə sevincliyik.

- Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə formada olan "Səbail" ə mənfi  təsir edə bilərmi?
- Məncə, xeyr. Bundan öncə də qələbələrimiz arda-arda gəldi, sonra fasilə oldu. Adətən biz elə fikirləri yaxın buraxmaq istəmirik. Çünki peşəkar futbolçularıq, o barədə düşünməsək, daha yaxşı olar.

- Milliyə çağrılmaq ehtimalını necə dəyərləndirirsən?
- Sözün açığı, dəvət etsələr, şad olaram. Çağırmasalar, pis olmayacam, çünki mən cavanam, yaşım azdır. İştirak etməyimi istəsələr, canla, başla gedib vəzifəmi yerinə yetirəcəm.

- Qardaşının oyununu izləyirsən. Fərid "Turan Tovuz"da sanki "Kəpəz"dəki oyununu göstərə bilmir. Yəqin ki, arada söhbət edirsiniz...
- Hə, qardaşımın oyununu izləyirəm. Bir-birimizlə hər gün danışırıq. Onlar yeni komandadır. Ayxan müəllimin oyun fəlsəfəsi fərqlidir. Müəyyən zaman lazımdır. Çünki onların da yeni transferləri var. Adaptasiya məsələsi həlledicidir.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X