22:54 08.10.2023 587

“Qarabağ”ın əsas üstünlüyü ondadır ki…” - Adrian Mutu

“Neftçi"nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Oyunçularımız meydanda əllərindən gələni etdilər. Nə qədər yaxşı təşkil olunmağımıza baxmayaraq, rəqibdə fərdi olaraq keyfiyyətli oyunçular varsa, çətin alınır. "Qarabağ" və çempionatdakı digər rəqibləri müqayisə edəndə səviyyə fərqi aşkardır. Onlar avrokubokların qruplarına vəsiqə qazanmaqla bunu sübut edirlər. İki heyətləri var. Hamısı keyfiyyətli oyunçulardır. "Qarabağ"ın üstünlüyü də elə bundadır. Juninyo və Lunyov "Hakken"ə qarşı 90 dəqiqə oynamışdı, digərləri dəyişilmişdi. Bu gün start heyətində oynayanların səviyyəsi də "Hakken"lə matçda oynayanların səviyyəsi ilə yaxındır. Düşünürəm ki, ilk hissənin sonlarına yaxın təhlükəli epizodlar yaratdıq. Bir də iki qol arasında təhlükəli epizodlarımız var idi. Göründüyü kimi, "Qarabağ" əks-hücumlarda daha təhlükəli idi. Buna diqqət etməliyik.

"Qarabağ" da "Araz-Naxçıvan"a son saniyələrdə qol vurdu. Siz verdiyiniz sual daha çox şəxsi fikrinizə oxşayır. Sual verin, şəxsi fikrinizi deməyin. Mən bura gəldikdən sonra "Neftçi"nin ətrafında yalnız tənqid və neqativlik görürəm. Bəli, "Neftçi" komanda olaraq "Kəpəz" və "Araz-Naxçıvan"ı udmalı idi.

"Neftçi"yə gələndə, uzunmüddətli layihə olacağı vurğulanmışdı. Ona görə gəldim bura. Əvvəlki illərdəki çıxışa fikir versəz, 2020-2021-dəki çempionluğu kənara qoysaq, hər zaman eyni ssenari olurdu. Biz bərk fundament qurmalıyıq. Ondan sonra qalan şeyləri gözləyə bilərik. Bəzən biz bir addım arxaya addım atmalıyıq. Bu oyunla nəyisə sübut etmək düzgün olmaz, mövsüm hələ irəlidədir. Mən də bu nəticəyə görə üzülürəm. Azarkeşlər də üzgündür. Mövsüm hələ irəlidədir, irəliyə baxmalıyıq, daha yaxşı çalışmalıyıq. İstədiyimiz komandanı emosiyalar yox, əzmkar iş üzərində qurmalıyıq. "Qarabağ" uzunmüddətli layihənin nəticəsidir, qısa müddətə qurulmayıb.

Mən özümü Qurban Qurbanovla müqayisə etmək istəmirəm. Çünki o, 9-10 titul qazanıb. O, ilk dəfə "Qarabağ"a təyin olunanda ilk 5 ildə cəmi bir kubok qazanıb. Ondan sonra qələbələr qazandı. Onu dayandırmaq çox çətindir. "Neftçi" də belə layihəni haqq edir. İstər mənimlə, istərsə də başqa məşqçi ilə.

Yaxşı olardı ki, fanatlar hər zaman komandanın yanında olsunlar. Bu cür vacib matçlarda azarkeş dəstəyi lazımdır. Onlar niyə stadionu tərk etdilər, bilmirəm, şərh edə bilmərəm.

"Neftçi" asan klub deyil. Bura gələndən təzyiqi hiss edirəm üzərimdə, amma bu təzyiqin öhdəsindən gələ bilirəm. Vacib olan amil odur ki, futbolçular özünəinamı itirməsinlər. Çox güclü, keyfiyyətli oyunçuları var "Qarabağ"ın. Fərq özünü göstərir. "Qarabağ"ı səviyyəcə "Beşiktaş"la müqayisə edərəm. Rəqibdə oyunçular keyfiyyətlidirsə, sənə çətin olur. Futbolda 11 nəfər 11 nəfərə qarşı oynayır. Rəqib oyunçular birəbirdə daha keyfiyyətlidirsə, onlara qarşı oynamaq çətindir. Mövsüm irəlidədir, davam etmək lazımdır. Bir gün gələcək, bəlkə qələbə qazanıb çempion olacağıq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X