AFFA-nın Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AÇ-2025-in seçmə mərhələsində keçiriləcək Litva – İslandiya matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 17-də Yonava şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.