Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda “Zirə” ilə üz-üzə gəlib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada Samir Abasovun yetirmələri 1:0 hesablı qələbə qazanıb. Oyunda vurulan yeganə qola Kamran Quliyev imza atıb.