18:40 19.10.2023 396

"Qarabağ" Avropa Futbol Akademiyası ilə müqavilə bağladı - FOTOLAR

“Qarabağ” klubu ilə Avropa Futbol Akademiyası (EFA) arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Anlaşmanın imzalanma mərasimində "Qarabağ"ın baş direktoru Emrah Çelikel, EFA-nın təsisçi-direktoru Vüsal Mustafayev, "Qarabağ" Futbol Akademiyasının inzibati işlər üzrə direktoru Murat Karaman, EFA-nın baş meneceri Kamran Bayramov  iştirak ediblər.

“Qarabağ”ın baş direktoru Emrah Çelikel əməkdaşlığın perspektivlərindən bəhs edib: “Çox yaxşı haldır ki, Azərbaycanda uşaq futbolununa diqqət ayıran, bu istiqamətdə püxtələşən belə bir akademiya fəaliyyət göstərir. Sözügedən akademiyanın iş prinsipləri və futbola yanaşması ilə yaxından tanış olduq və perspektiv vəd edən müqaviləyə imza atdıq. EFA-nın bizimlə əməkdaşlıq etmək istəyi “Qarabağ”a verilən dəyəri göstərir. İnanıram ki, “Qarabağ”la anlaşma EFA-nın fəaliyyətinə əlavə stimul verəcək və yeni futbolçuların akademiyaya cəlb olunmasında, onların inkişafında müsbət rol oynayacaq. Bu, Azərbaycan futbolu və “Qarabağ” üçün yeni gənc futbolçuların yetişməsi mənasında bir şans, bir üstünlükdür”. 

EFA-nın təsisçis-direktoru Vüsal Mustafayev müqavilə barədə fikirlərini açıqlayıb: “Qarabağ” kimi böyük bir klubla müqavilə bağladığımız üçün çox şadıq. “Qarabağ” illərdir nəinki Azərbaycanda, Avropa arenalarında sözünü layiqincə demiş, adından söz etdirmiş komandadır. “Qarabağ”la müqavilə imzalamaq bizim üçün çox önəmli, çox qürurvericidir. Bu əməkdaşlıq sayəsində yerli futbolçularımız böyük arenalarda oynamaq şansı əldə edəcək, “Qarabağ”ın seçimi isə böyüyəcək və gənclər arasında rəqabət artacaq”.

Qeyd edək ki, əsas məqsədi ölkədə uşaq futbolunu inkişaf etdirmək və yüksək səviyyəli futbolçular yetişdirmək olan EFA 2017-cl ildə yaradılıb. Akademiyada 9-17 yaşadək futbolçulardan ibarət komandaların tərkibində 300-ə yaxın yeniyetmə futbolun sirlərinə yiyələnir. Sözügüdən komandalar AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə turnirlərdə mübarizə aparır. Hazırda EFA-nın yetimələrindən bir neçəsi Avropanın müxtəlif klublarında oynayır. Akademiyanın yetirmələri aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına da cəlb olunur. Müqaviləyə əsasən “Qarabağ” Futbol Klubu EFA-nın tərkibində fərqlənən, perspektiv vəd edən futbolçuları öz komandalarına qatmaq hüququna malikdir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X