Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli zədələnib.
Fanat.Az “24sata.hr” saytına istinadən xəbər verir ki, azərbaycanlı oyunçunun xəsarət aldığını "Dinamo"nun baş məşqçisi Sergey Yakiroviç açıqlayıb:
"Mahir ötən gün keçirilən məşq zamanı baldırında ağrı hiss etdi. Bu, daha çox fiziki yorğunluqla bağlı haldır. Məncə, ciddi nəsə olmayacaq”.
Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatının 12-ci turunda səfərdə "Qoritsa" ilə üz-üzə gələcək. Sözügedən matç sabah keçiriləcək.