"Azərbaycanla oyun barədə çox şey demək olmur. Öz imkanlarımızdan yararlana bilmədik, rəqib isə əksinə, yaxaladığı qol imkanlarını boşa vermədi".
Bunu Fanat.Az-a açıqlamasında "Sumqayıt"ın eston hücumçusu Erik Sorqa deyib.
O, AÇ-2024-ün seçmə mrəhələsi çərçivəsində keçirilən matçda Azərbaycan seçməsindən aldıqları yenilgini dəyərləndirib. Oktyabrın 13-də Tallində baş tutan və təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmnı ehtiyat oyunçular skamyasından izləyən Erik əlavə edib:
"Bir top vursaydıq, tam başqa oyun izləyərdik. Təəssüf ki, realizasiya baxımından zəif təsir bağışladıq, komandamızda kompaktlıq çatmadı. Mümkün qədər yaxın müddətdə aradan qaldırmalı olduğumuz səhvlərimiz var və bunların sayı çoxdur".
Nihat