Birinci Liqanın 6-cı turunda debütant "Araz Saatlı" səfərdə "Zaqatala" ilə qarşılaşdı. Görüş "pambıqçılar" ın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşdı. Qonaq komandanın baş məşqçisi Rüfət Quliyevlə əlaqə saxlayıb məğlub olduqları oyunla bağlı fikirlərini öyrəndik.
Onun Fanat. Az-a açıqlaması belə oldu:
"Məğlubiyyət futbolun ayrılmaz bir hissəsidir. Qələbə və bərabərlik də həmçinin. Nəzərə alsaq ki, komandanın vəziyyəti hələ ki, yaxşı deyil. Bacardığımız qədər xal toplamağa, təhlükəli zonadan uzaqlaşmağa çalışırıq. Məğlubiyyət varsa, ortada hansısa çatışmayan cəhətlər var. Gənclər birinci hissədə əzmkarlıq göstərdilər. İkinci yarıda qaçırdığımız penaltı də oldu. Fiziki durumumuz hələ yaxşı vəziyyətdə deyil. Məğlubiyyətlərə görə ruh düşkünlüyü yaranır. Çalışırıq gəncləri bu vəziyyətdən çıxaraq və qələbələr qazanaq".
Nahid Məmmədov