12:00 06.11.2023 739

“Kəpəz” başsız qaldı, “Neftçi” ilə “Zirə” səfərdə sevindi – Tura baxış

Misli Premyer Liqasının XII turunun oyunları “Kəpəz”də baş məşqçi istefasının reallaşması ilə yadda qaldı. Bundan başqa “Səbail”in futbolçusu Ağabala Ramazanovun zədələnməsi və stadionu təcili yardım maşınında tərk etməsi turun diqqətçəkən olaylarından oldu. “Zirə” səfərdə “Sabah”ı üstələməklə liderliyini davam etdirdi.

“Səbail” – “Turan Tovuz” 2:1
Qollar:
Rüfət Abdullazadə, 46. Aleksandr Ramalinqom, 78-pen - Otto Con, 26.
“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
“Turan Tovuz”: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 15. Emmanuel Hakman, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

“Səbail” yoluna inamla davam edir. “Dənizçilər” bu dəfə “Turan Tovuz”u Bayıldan əliboş yola saldı. Özü də oyunda hesabı qonaqlar açdığından qələbə əzmkarlıq sayəsində qazanıldı. Ötən tur “Kəpəz”in qapısından 4 cavabsız top keçirən qərblilər paytaxta da iddialı gəlmişdilər. Elə bunun da nəticəsində Otto Con ilk yarıda hesabı açdı. Amma təzyiqi artıran “Səbail” nəticəni xeyrinə dəyişməyi bacardı. Düzdür, Ayxan Abbasov və tovuzlu azarkeşlər hakimlikdən narazı qalıblar. Bunun da səbəbi cərimə meydançasından kənarda topa əli ilə toxunan qapıçı Səlahət Ağayevin qırmızı vərəqə ilə cəzalandırılmamasıdır. Oyunun gedişində sifətindən xəsarət alan və huşunu itirən Ağabala Ramazanov da komandasını çətin vəziyyətdə qoydu. Bununla belə “Səbail” “Turan Tovuz”un qapısına Ağabalasız da yol tapdı, özü də iki dəfə. 
2:1 hesablı qələbə sayəsində xalını 21-ə çatdıran “Səbail” “Zirə” ilə “Qarabağ”ı təqib edir. “Sumqayıt”ın qələbə qazanması isə məğlub “Turan Tovuz”un 7-ci pilləyə geriləməsinə səbəb oldu. Ayxan Abbasovun komandasının aktivində 15 xal var.

“Qarabağ” – “Kəpəz” 7:1
Qollar:
Yassin Benzya, 2; 15; 43. Leandro Andrade, 13; 51. Olavio Juninyo, 37. Nəriman Axundzadə, 63 – Adama Niane, 18.
“Qarabağ”: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica. Baş məşqçi: Qurban Qurbanov.
“Kəpəz”: 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov (k), 11. Elnur Cəfərov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko, 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 9. Mate Kvirkviya, 24. Olavale Onanuqa. 
Baş məşqçi: Azər Məmmədov.

“Araz Naxçıvan”a uduzan “Qarabağ” “Kəpəz”lə qarşılaşmaya “yaralı aslan” kimi çıxmışdı. Elə bunun da nəticəsində oyunun nəticəsi gəncəlilər üçün acınacaqlı oldu. Qapısından 7 top buraxan “Kəpəz” bu qollardan yalnız birinin əvəzini çıxa bildi. Nəticədə oyundan sonra komandanın baş məşqçisi Azər Məmmədov istefa ərizəsini rəhbərliyə təqdim etdi. Onun ərizəsi artıq qəbul olunsa da, “Kəpəz”i bundan sonra kimin çalışdıracağı açıqlanmayıb. Amma baş məşqçinin kimliyindən asılı olmayaraq, Gəncə təmsilçilərinin yetərincə problemləri var və bu problemlərin aradan qaldırılması heç də asan görünmür.
“Qarabağ” isə bu qələbə ilə yenə də çempionluğa əsas iddiaçı olduğunu, “Araz Naxçıvan”a məğlubiyyətin göstərici sayıla bilməyəcəyini göstərdi. Görüşdə het-trik edən Benzyanın məhsuldarlığı, gənc Nəriman Axundzadənin əvəzetmədən meydana daxil olan kimi fərqlənməsi Qurban Qurbanovu və “Qarabağ” azarkeşlərini sevindirməyə bilməz. Xalını 23-ə çatdıran “Qarabağ” lider “Zirə”nin ən yaxın izləyicisidir. Bu iki komanda arasında cəmi 1 xal fərq var. “Kəpəz” isə 6 xalla sonuncu pillədə qərarlaşmağa davam edir.

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:0
Qollar:
Rövlan Muradov, 15. Roi Kehat, 69.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 18. Kristian Velinovski, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov
“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası artıq üçə çatdı. “Sabah”ı məğlub edən “gənclik şəhəri”nin təmsilçisi “Qəbələ”dən də doğma meydanda 1 xal almışdı. “Araz Naxçıvan”la oyundakı qələbə isə Samir Abasovun işlərinin qaydasında olduğunu göstərdi. “Sumqayıt”a qələbə gətirən qolları isə Rövlan Muradovla Roi Kehat qonaq komandanın qapısından keçirdi. Bu məğlubiyyət “Araz Naxçıvan”da sabitliyin olmamasını göstərdi. İddialılar sırasında yer almaq, yuxarı pillələrdə möhkəmlənmək istəyən debütant üçünsə sabitlik önəmlidir.
Son üç oyunda 7 xal qazanan “Sumqayıt”ın aktivində artıq 18 xal var. Onlar “Turan Tovuz”u 6-cı pillədən sıxışdırıb çıxarmağı bacarıblar. 20 xallı “Araz Naxçıvan” isə 4-cü pillədə yer alır.

“Qəbələ” – “Neftçi” 0:2
Qollar:
Dieqo Valdes, 60. Rəhman Hacıyev, 90+4.
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 25. Aaron Olanare, 99. Ervin Koffi
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Baş məşqçi: Adrian Mutu

“Neftçi” bu dəfə də səfərdə evdəkindən yaxşı çıxış etdi. Doğma meydanda “Sabah”a uduzan “ağ-qaralar” növbəti 3 xalı Qəbələdən gətirdi. “Neftçi”ə qələbə gətirən qolların müəllfi isə Valdeslə Rəhman Hacıyev oldu. Birinci qol Emin Mahmudovun künc nöqtəsindən havalandırdığı topun tora qovuşdurulmasıyla reallaşdı. Bu qol həm də “Neftçi”nin daha rahat oynamasına imkan yaratdı. Son dəqiqələrdə fərqlənən Rəhman Hacıyev isə bir də qolçuluq bacarığını nümayiş etdirdi. Rəhman “Qəbələ” ilə ilk dövrədəki oyunda da fərqlənmişdi.
“Qəbələ”dəki böhran isə davam edir. “Qırmızı-qaralar” nəinki qələbə qazana bilmir, hətta qol vurmağı da bacarmırlar. Qazandığı 18 xal sayəsində “Neftçi” 5-ci pillədə yer alıb. Bu mövqe komandanın iddialarına uyğun gəlməsə də, qeyri-sabit qrafikin fonunda normal sayılmalıdır. Cəmi 8 xalı olan “Qəbələ” isə turnir cədvəlində yalnız “Kəpəz”i qabaqlaya bilir.

“Sabah” – “Zirə” 0:1
Qol:
Rüstəm Əhmədzadə, 90+1.
Qırmızı vərəqə: Emmanuel Apeh, 41.
“Sabah”: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 28. Kahim Parris.
Məşqçi: Artur Olenin.
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov

Apehin 41-ci dəqiqədə ikinci sarı vərəqəylə meydandan qovulması “Sabah” üçün ciddi itki idi. Azlıqlda mübarizə aparan meydan sahibləri qolsuz heç-heçəni 90-cı dəqiqəyə qədər qorusalar da, “Zirə”ni büdrətmək mümkün olmadı. Qəsəbə təmsilçisi oyuna əlavə edilmiş dəqiqələrdə Rüstəm Əhmədzadənin vurduğu qol sayəsində Masazırda qələbəni bayram etdi. Bu qələbə bir gün əvvəl “Kəpəz”i darmadağın edərək, liderliyə yüksələn “Qarabağ”ı üstələmək üçün də yetərli oldu. “Zirə” 24 xalla hamıya yuxarıdan aşağı baxır. “Sabah” isə heç cür özünə gələ bilmir. Ötən  tur “Neftçi”ni son dəqiqədə gələn qolla məğlub edən “Sabah” bu dəfə oxşar aqibəti özü yaşadı. Bu isə o deməkdir ki, komandanın xal ehtiyatı nəhs rəqəm sayılan 13-də qaldı. 13 xallı “Sabah” 10 komandanın mübarizə apardığı çempionatda səkkizinci sıradan ətrafa boylanır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X