İsveç millisinin AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Yanne Andersson 25 futbolçuya dəvət göndərib.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan seçməsini sınağa çəkəcək Skandinaviya təmsilçisi üç gün sonra Estoniyanı qəbul edəcək.