20:31 11.11.2023 490

“Bu qələbədə "Neftçi TV"nin də rolu oldu” - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turunda "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 2:1 hesablı qələbədən sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyuna kimi olan vəziyyəti sizə danışım. Necə edək, nə edək? Vəziyyət çox gərgin idi. Nəyə görə? Rəqib kimi bizim skamyamız yoxdur. Oktavio, İssa, Ninqa və Kamran oyunu buraxmışdı. Necə edəcəkdik? Məcburi Səbuhini vinger oynatdıq. Roy da vinger oynadı. Başımızı sındırdıq. Dünən gecə futbola baxıram. Almaniya Bundesliqasına. Birdən qrupa tanıyanlar video göndərir. "Neftçi" TV video düzəldib. Sübhənallah. Dedim bu nə yaxşıdır. Bu gün gəlsin, komandanı gör necə qızışdırıram. Bizə bonus veriləcək? "Neftçi" mediyanın böyüyü xanımdır? Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. "Neftçi" TV-nin videosunu bu gün futbolçularımız göstərdi. "Neftçi"nin media departamentinin rəhbərinə də bonus düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağolsunlar. "Sumqayıt"ın qələbəsində rolları oldu.

Analizlər necə aparılır mənim üçün müəmmalıdır. Son turlarda formada olan bizik. “Neftçi”ni analiz edən adam mən deyiləm. "Neftçi" bu oyuna kimi nələr edib, sualları verərsiz onlara. Bizim itkilərimiz var idi, "Neftçi" ev sahibidir, üstün tutulmalıydı. Ev sahibi avantajı da var idi, heyəti də genişdir. Dərin inciliklərə getsələr, bəlkə bu gün şansları 50/50 saya bilərdilər. Amma mən də azarkeş kimi üstünlüyü "Nefçti"yə verərdim. Bu qələbə sürprizdir? Xeyr. Uduzduğumuz matçlarda da dominantlığımız olub. Bu gün çox layiq idik qələyəyə.

Sumqayıtdakı matçda sakit durmuşdum. Mənə elə gəlir ki, "Neftçi"yə gələn baş məşqçilər komandanı "Sumqayıt"la oyuna elə hazırlayırlar ki... Oyunlarımız gərgin keçirdi. Mən amili də var burada. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətləri var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, "Neftçi"də də belədir ki, "Sumqayıt"a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək.

"Qəbələ"ni udmaq istəmirdik? Oyundan oyuna fərq var. Bu gün topla oynamayan komanda aqressiv görünməyə bilər. Topsuz komanda daha aqressiv görünür. "Neftçi"nin özəlliyi və böyüklüyü budur ki, bütün komandalar ona qarşı aqressiv oynayır. "Neftçi" flaqmanımız, tariximiz, canımızdır. "Xəzər Sumqayıt"ın vaxtında da intriqalar var idi. Onda mən yox idim axı. "Neftçi"yə qarşı hamı belə oynayacaq. Biz də qalib gəlmək istəyirik”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

Facebookdan bizi izləməyi unutmayın.
X