AFFA İntizam Komitəsi II Liqa təmsilçilərindən olan “Kür-Araz”ın məşqçisi Üzeyir Sefizadəni 5 oyunluq cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna mütəxəssisin “Baku Sportinq”ə qarşı XI turun ev oyunu başa çatandan sonra hakimləri təhqir etməsi səbəb olub.
Bölgə təmsilçisi Sefizadənin qeyri-etik ifadələrinə görə 400 manat cərimələnib.