AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən Bakıda keçirilən matçda Azərbaycan millisinə 0:3 hesabı ilə uduzan İsveç yığmasının yarımmüdafiəçisi Emil Forsberq oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Leyptsiq"in 32 yaşlı futbolçusu belə danışıb:
"Oyunun başlanğıcında Azərbaycana təzyiq etməyi bacarmadıq. Artıq 6-cı dəqiqədə 0:2 hesabı milə uduzurduq. Əlbəttə, bu, böyük məyusluqdur. Yaxşı oynaya, pressinq tətbiq edə bilmədik. Fasilədə oyunu çevriməyi qarşımıza məqsəd qoysaq da, rəqibi təslim etmək mümkün olmadı. Hər şey bizim üçün çox pis yekunlaşdı. Milli tarixinin ən bərbad oyunlarından biri idi".
Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 7-yə yüksəldən Azərbaycan F qrupunda 4-cü pillədə qalıb.