Noyabrın 19-da AÇ-2024-ün seçmə mərhələsinin son turu çərçivəsində Belçikanın qonağı olacaq Azərbaycan millisi oyuna tam heyətlə çıxa bilməyəcək.
Fanat.Az xəbər verir ki, baş məşqçi Canni de Byazi iki əsas heyət üzvünün xidmətindən məhrumdur.
Bunlar sarı vərəqə limitini dolduran hücumçu Ramil Şeydayev və İsveçlə Bakıda keçirilən matçda "qırmızı" alan Bəhlul Mustafazadədir.
Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan 7 xalla 4-cü pillədə mövqe tutub.