AÇ-2024-ün seçmə mərhələsinin son oyununda Azərbaycan yığmasına 4 qol vuran Belçika seçməsinin forvardı Romelu Lukaku tarixi rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, müqavilə ilə "Çelsi"yə məxsus olan, hazırda icarə əsasında "Roma"nın formasını geyinən ön xətt oyunçusu tsikli 14 qolla başa vurub.
30 yaşlı Romelu bir seçmə mərhələdə ən çox qol vuran oyunçu kimi tarixə düşüb. O, hərəyə 13 dəfə fərqlənən şimali irlandiyalı Devid Hili (AÇ-2008) və polşalı Robert Levandovskini (AÇ-2016) geridə qoyub.
Qeyd edək ki, Brüsseldə keçirilən Belçika - Azərbaycan qarşılaşması təmsilçimizin 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.