17:47 20.11.2023 813

Köhnə tüfəngi əlində açılan barıt qoxusunda boğular...

 “Sən bizim ellərin ruhuna bir bax, bizdən inciməyib bir əziz qonaq”.

Azərbaycan xalqı qonaqpərvər xalqdır. Amma, tanrısına şıllaq atanların və çorəyi dizinin üstündə olanların dərsini layiqincə verməyi də yaxşı bacarır. Ən yeni tariximizdə bunun bir daha şahidi oldular. Dəmir yumruğun səsi hələ uzun müddət qulaqları cingildədəcək. Əməlindən nəticə çıxarmayanların aqibəti yaxşı heç nə vəd etmir və təəssüf ki, onların sayı gün-gündən artır. Həmin siyahıya bu günlərdə bir italyan da əlavə olundu. Adı Canni, soy adı De Byazi olan bu şəxs nədənsə özünü heç canlara dəyən oğlan kimi aparmır. 2020-ci ildə bəh-bəhlə milli komandamızın sükanı həvalə olunan çalışdırıcı yolun sonunda idarəetməni itirərək qəza vəziyyətləri yaradır. Həmkarlarımın qarşısından bir neçə dəfə “qırmızı işıqda” keçsə də, müəyyən səbəblərdən cəzadan qurtulan sinyor Byazi Brüsseldə nəhayət “radara düşdü”.

Bilmirəm, italyan ünsiyyətində axmaq sözü hansı çəkini daşıyır, bizim cəmiyyətdə bunun nə demək olduğunun izaha ehtiyacı yoxdur. Görünür son 3 il yarım müddətində bunu italiyalı qonağa başa salan olmayıb. Əks təqdirdə, Canni bu ifadəni ziyalı təbəqəsinin aparıcı qövmlərindan sayılan jurnalist camiəsinə qarşı işlətməyin xüsusi cəsarət və ya özunun təbirincə desək axmaqlıq tələb etdiyinin fərqində olardı. Sevincini köməkçisinə təpik atmaqla ifadə edən “ağsaqqal” deyəsən bu şakərindən əl çəkə bilmir. İndi də media qarşısında bu qabiliyyətini nümayiş etdirməyə başlayıb. Bacarıqsızlığına kiçik bir işarə kifayətdir ki, özündən çıxıb, təpik ata-ata konfrans otağının qapısını da səhv salaraq aradan çıxsın. Hələ “saman altdan su yeritməyi” də varmış... Cənab Byazi bunu üzə deməyə cəsarət etmədiyi sərsəm ifadələri xəlvəti fransızca yerli jurnalistlərə eşitdirməklə isbatladı. Dərhal alacağı adekvat cavabdan qorxan birinin əcnəbi həmkarlarımıza guya cəsarətli biri kimi görsənmək istəyi kənardan çox cılız təsiri bağışlayırdı əslində. Bunu belçikalı jurnalistlərin mimikasından sezmək heç də çətin deyildi. Çörəyini yediyin məmləkətin vətəndaşına qarşı həqarət hələ heç kimə başucalığı gətirməyib. Bu, nə hazırda milyonlar qazandığın şərqdə, nə də ehtiyac duyulmadığın qərbdə normal qəbul olunmur, cənab De Byazi. Üç il yarım ərzində ortaya bir iş çıxara bilməyənin, sonu çatdığını hiss edərkən çıxardığı hoqqaların qarşılığında biz tərəflərdə "bərəkallah" deyirlər. Bu ifadə adətən özünü camaat içində apara bilməyən, cətin tərbiyyə olunan uşaqlara ünvanlanır. Belə halda həmin adama cavabdeh olanlar, ətrafdakılara üzrxahlıq etməklə ədəb-ərkan nümayiş etdirirlər. AFFA rəsmilərinin Brüsseldəki xoşagəlməz hadisədən xəbər tutduqdan dərhal sonrakı davranışı kimi. Uşaq, dəliqanlı cavan üçün üzrxahlıq edərlər, cənab Byazi. Ahıl yaşında kimisə xoşagəlməz duruma salanları isə jurnalistlərə qarşı işlətməyi sevdiyiniz ifadəyə qonaq edirlər. Qonaq demişkən, bir daha xatırladım, biz qonaqpərvər xalqıq. Amma, özünü apara bilməyən qonağı da İsveçlə oyundakı qol sevincinizə uyğun şəkildə yola salmağı bacarırıq.

Üzüsulu getmək məsləhətdir, əslində çağırılmamalı olan çağırılmış qonaq. Halal süfrə arxasında harınlamışların aqibəti yaxşı olmur. Köhnə tüfəngini də məşqçi çantana qablayıb divardan asmağın vaxtıdır. Bir daha görüşməmək ümidi ilə...

Tural Xudiyev (Sportline.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2025
20:51

Bakıda "At gücü" yarışı keçiriləcək

20:17

Karateçilərimizdən 1 qızıl, 2 gümüz, 3 bürünc medal

19:50

İtaliya millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

19:18

"Milan"ın əfsanəsi A Seriyasının debütantını çalışdıracaq

18:49

Ter Stegen Türkiyə yolunda - SON DURUM

18:03

Dünya Kuboku: Azərbaycan gimnastlarından uğurlu nəticə

17:20

"Nyukasl"ın vingeri İngiltərə nəhənginə keçməyə yaxındır

16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

15:48

"Milan"ın sabiq kapitanı İstanbul nəhənglərindən hansını seçəcək?

15:21

Xabi Alonso "Real Madrid"də debüt təəssüratlarını bölüşdü

14:55

Hidayət Heydərov ilk görüşdə məğlub oldu

14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

19:13

MY 71,4 milyon avro ödəməyə hazır olsa da...

18:52

Azərbaycan millisi "Devis Cup"da 3-cü qrupa yüksəldi

18:12

"Napoli"dən yeni transfer - RƏSMİ

17:40

Vüqar Kimuraya qalib gəldi

16:54

"Şamaxı"da daha bir müqavilə

16:08

"Zirə" Hacıağa Hacılı ilə müqavilə yenilədi

15:44

Çempion Kyezanı apara biləcəkmi? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X