AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən fövqəladə iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verildiyi, italiyalı mütəxəssislə yola davam edilməyəcəyi bəllidir.
De Byazinin taleyine ydınlıq gəlməsi yığmanın növbəti baş məşqçisinin yerli və əcnəbi olması ilə bağlı sualların yenidəngündəmə gəlməsini şərtləndirdi.
Yığmanın sabiq hücumçusu Rauf Əliyevlə əlaqə saxlayıb məsələ ilə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Yaxşı yerli baş məşqçilərdən hansısa birini milliyə dəvət etmək olar. Ən əsası vaxt verilməlidir. Millidə önəmli amil şans verib zaman ayırmaqdır. Bu gün ölkədə ən yaxşı baş məşqçi Qurban Qurbanovdur. Ancaq bilmirəm ki, yenidən Qurban müəllimə şans verilər, ya yox. Fikrimcə, yığmaya yenidən yerli mütəxəssis rəhbərlik etsə, daha yaxşı olar. Xarici baş məşqçi seçilməli olsa, həmin şəxs müasir dövrün futbol modelini bilən və gənc olmalıdır. Bu, daha yaxşı seçim olar".