Misli Premyer Liqasının 14-cü turunda "Turan Tovuz"u qəbul edən "Qəbələ" 4:0 hesablı qələbəyə sevindi.
Meydan sahiblərinin müdafiəçisi İlkin Qırtımov oyundan sonra fikirlərini Fanat.Az-a bölüşdü:
"Bilidik ki, bizi ağır oyun gözləyir. Çempionatda asan rəqib yoxdur. "Turan Tovuz"un səviyyəli ön xətt oyunçularından ehtiyatlanırdıq.
Əlbəttə, hər oyuna qələbə üçün çıxırıq. Açığı, 4:0 hesabı ilə qalib gələcəyimizi gözləmirdik. Şükürlər olsun ki, qol epizodlarından yaxşı istifadə etdik və vacib qələbə qazandıq. Təki hər oyunda bizim xeyrimizə gözləmədiyimiz hesablar qeydə alınsın. Bu qələbə bizim üçün bir motivasiyadır. İstənilən komanda üçün özünəinam vacib amildir. Ümid edirəm ki, növbəti matçlarda da uğurlu çıxışla yadda qalacağıq".
Nihat