Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən mərhələnin son oyunları bölgədə baş tutub.
Sonuncu oyun günündə iki qarşılaşma keçirilib ki, "Zaqatala" "Şamaxı" ilə, "İmişli" isə "Mingəçevir"lə doğma meydanda münasibətlərini aydınlaşdırıb.
Zaqataladakı oyunda qonaq komanda minimal hesabla qalib gəlib. Beləliklə, "Şamaxı" Ramiz Məmmədovun debüt oyununda 1/8 finala adlayıb. İmişlidə keçirilən qarşılaşmada isə eyniadlı komanda üstün tərəf olub.
Qeyd edək ki, noyabrın 28-də və 29-da keçirilən oyunlardan sonra "Səbail", "Turan Tovuz", "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Qaradağ Lökbatan", "Karvan", "İrəvan" və MOİK 1/8 finala vəsiqə qazanıblar.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
30 noyabr
“Zaqatala” – “Şamaxı” 0:1
Qol: Emin Zamanov, 18
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu
“İmişli” – “Mingəçevir” 1:0
Qol: Həzrət İsayev, 87-p.
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimov
İmişli şəhər stadionu