02:54 01.12.2023 488

“Qışda 2 oyunçu transfer etmək istərdim” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveç klubu “Molde” ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Aker” stadionunda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunun gedişatına baxsaq, çox uğurlu nəticə oldu. Düşünürdüm ki, meydançaya tez uyğunlaşarıq, o qədər çətinliyimiz olmaz. Şükürlər olsun ki, futbolçular çətinliyə dözməyi bacardılar. Amma daha yaxşısını gözləyirdim.
Bir matçımız qaldı. Bakıdakı görüşə daha yaxşı şəraitdə hazırlaşacağıq. 1 xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Son qarşılaşmada daha istəkli olmalıyıq. Bütün çətinliklərə baxmayaraq, futbolçular inamlarını itirmədilər”.

O, bəzi əvəzetmələrin plana uyğun aparılmadığını söyləyib: “Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə, bəziləri gözlənilməz oldu. Rəqibə də qiymət vermək lazımdır. Çox keyfiyyətli komandadır. Sistemlərinə o qədər sadə şəkildə uyğunlaşıblar ki, nə edəcəklərini hamı bilir. İlk hissədə oyunun quruluşunda dəyişiklik olmuşdu. Sonradan meydançaya daxil olanlar özlərini pis tərəfdən göstərmədilər. Bir az balans pozuldu. Ancaq komandamızda əvəzetmədən mübarizəyə qoşulanlar istəkli və aqressiv oldular”.

Baş məşqçi son dəqiqədə gələn bərabərlik topunun onlara qarşıdakı görüşdə müsbət təsir edəcəyini vurğulayıb: “Son dəqiqələrdə buraxılan və vurulan qollar komandanın böyüməsi üçün vacibdir. Son dəqiqədə vurulan qol komandaya əlavə motivasiya verir. “Bayer”lə görüşün son dəqiqələrində buraxdığımız top futbolçulara həddən artıq təsir etmişdi. Son dəqiqə qolları böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Son matçda daha diqqətli və fəal olmalı, soyuqqanlı oynamalıyıq. Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etməyimiz bizi sevindirir. İnşallah, futbolçularımız bununla kifayətlənməzlər”.

Qurban Qurbanov qış fasiləsində heyəti gücləndirmək istədiklərini əlavə edib: “Bu gün çatışmazlıq bəlkə orta sahədə oldu. Həm Yankoviç, həm də Patrik yorulmuşdu. Düzdür, ehtiyatda Riçard Almeyda var idi. Amma Romaonun olmaması və Juninyonun da əvəzlənməsi planlarımızı pozdu. Qışda 2 oyunçu transfer etmək istərdim. Əlimizdə daha çox sağlam oyunçunun olması işimizi asanlaşdırar”.

Təcrübəli çalışdırıcı müdafiəçi Bəhlul Mustafazadənin son dəqiqələri hücumda keçirməsinə də münasibət bildirib: “Bakıdakı görüşdə də iki mərkəz müdafiəçimiz riskə gedərək, hücumda oynamışdı. Bəhlul kornerdən sonra da hücumda qaldı. Hətta bildirdim ki, geri qayıtsın. Ancaq top orada qaldığı üçün Bəhlul hücumda qaldı və bundan istifadə etdi”.

Qurban Qurbanov qrupun son qarşılaşmasının çətin olacağını deyib: “Bəzən son oyunlarda nəticəni əldən verdiyimiz anlar olub. “Hakken” qrupdakı bütün oyunlarında məğlub olub. İtiriləcək heç nələri yoxdur. Bura qələbə qazanmaq üçün gələcəklər. Həddən artıq istəkli olmağımız bizə mane ola bilər. Meydançada tapşırıqları düzgün icra etmək lazımdır. Rəqibin oyununa baxdıqdan sonra komandanı matça soyuqqanlı şəkildə hazırlamağa çalışacağıq”.

Baş məşqçi bunu karyerasının ən gərgin oyunu hesab etmir: “Daha həyəcanlı və gərgin oyunlarım çox olub. Bu gün o qədər də həyəcan yox idi, rahat idim. Düzdür, qalib gəlsəydik, burada hər şey həll oluna bilərdi. İndi isə hər şey son tura qaldı”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 Fevral 2024
21:21

Yığmamız ikinci turda Gürcüstana uduzdu

21:00

Azərbaycanlı hakimlər Avropa çempionatının oyunlarını idarə edəcəklər

20:28

Yüksək Liqada yerdəyişməsiz tur

20:00

MOİK yenə məğlub oldu

19:29

Azərbaycan çempionatlarında 5-ci

19:00

Sxadadzedən yeni rekord

18:31

Premyer Liqanın 25-ci turu rəqəmlərin gözü ilə

18:00

“Qaradağ Lökbatan”la “İmişli”dən inamlı qələbə

17:21

100 milyonluq vingeri üç İngiltərə nəhəngi istəyir

17:03

"Neftçi" - "Qarabağ" oyununun hakimi bilindi

16:46

Riberi bu Avropa nəhənginin baş məşqçisi ola bilər

16:29

Ronaldu nalayiq hərəkətinə görə belə cəzalandırıldı

16:07

Pol Poqbanın qorxduğu başına gəldi

15:52

Cud Bellingem qayıtdı - Hansı matçda oynayacaq?

15:35

FİFA yeni formatda keçiriləcək klublararası DÇ-nin yerini açıqladı

14:54

Xabi Alonso qərarını verdi - Danışıqlar başlayır

14:32

"Bayer"in qolçusu "Qarabağ"a qarşı oynamayacaq - DƏQİQLƏŞDİ

14:16

İspaniya nəhəngi Tuxeli istəyir

13:42

Fernandeşi boğazladılar, hakim isə... - Hamı bu epizoddan danışır

13:14

Alkaya kubokdakı hədəflərini açıqladı

12:56

Montella Arda Güler ilə görüşündən nə danışdı?

12:32

"Rəqibə rahat futbol oynamağa imkan vermədik" - Abbasov 7:0 haqda

12:15

PFL-in icarçı direktoruna UEFA-dan yeni təyinat

11:42

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirildi

11:34

"Gəncə"nin baş məşqçisi üzr istədi

11:19

"Biz bu haqdan yalnız bir dəfə istifadə edə bilirik" - "Zaqatala"nın baş məşqçisi

11:02

"Harri Potterin pərəstişkarıyam"- Kerem Aktürkoğlu

10:45

Etoo milli ilə bağlı qərarını verdi

10:26

“Titul şansımız varsa, onu qazanmaq üçün əlimizdən gələni edəcəyik”

10:05

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:44

Azərbaycan atıcılarından AÇ-də daha bir medal

09:23

Qəzəblənmiş sakinlər Dani Alvesin heykəlini bu günə saldılar - FOTO

09:00

Zidana növbəti təklif

02:21

Növbəti yarımfinalçı bəlli oldu

01:48

“Mançester Yunayted”, “Çelsi” və “Liverpul” da 1/4 finalda

01:37

“Napoli” və “İnter”dən darmadağın

01:16

Hüseynovlu “Arda” kubokla vidalaşdı

00:24

Məmmədov Polşada növbəti məğlubiyyətə üzüldü

00:02

“Traktor”dan inamlı qələbə

28 Fevral 2024
23:58

“Trabzonspor” və “Beşiktaş” yarımfinalda!

Facebookdan bizi izləməyi unutmayın.
X