Türkiyənin "Hatayspor" klubunun hücumçusu Renat Dadaşov Super Liqanın 14-cü turu çərçivəsində "Antalyaspor"a qarşı oynamayacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının forvardı cəzalı duruma düşüb.
O, ötən tur "İstanbulspor"la matçda "sarı" alaraq vərəqə limitini doldurduğu üçün komandasının ev oyununu kənardan izləyəcək.
Qeyd edək ki, "Hatayspor" - "Antalyaspor" qarşılaşması Bakı vaxtı ilə 21:00-da başlayacaq.