Misli Premyer Liqasının 15-ci turunda Tovuzda "Sabah"ı qəbul edəcək "Kəpəz"in meydana tam heyətlə çıxa bilməmək ehtimalı böyükdür.
Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib.
Heyətdə cəzalı oyunçunun olmadığını bildirən klub rəsmisi zədədən əziyyət çəkən futbolçuların son durumu barədə məlumat verib:
"Elmir Tağıyev, Rüfət Əhmədov və Latir Falın zədəsi var. Rüfətlə Elmirin matçda iştirak edib-etməyəcəkləri oyun günü daha dəqiq bilinəcək. Yəni bu iki oyunçunun hansınınsa meydana çıxmaq ehtimalı yox deyil. Latir isə böyük ehtimalla, oynamayacaq".
Qeyd edək ki, dekabrın 3-də keçiriləcək "Kəpəz" - "Sabah" qarşılaşması 15:00-da start götürəcək.
Nihat