Misli Premyer Liqasının 15-ci turunda "Araz-Naxçıvan" "Səbail"i qəbul etdi. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləndilər. Muxtar Respublika təmsilçisinin yegane qolunun məhsuldar ötürmə müəllifi Vadim Abdullayevlə əlaqə saxlayıb görüş barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çox məyus olmuşam. Gecə gözümə yuxu getməyib. Meydanda da göz yaşlarımı saxlaya bilmədim. Mən karyeramda belə məyus olmamışdım. Oyunda o qədər qol epizodlarını dəyərləndirə bilmədik. Futbolun yazılmamış qanunu - "vurmayana vurarlar" prinsipi işə düşdü. Arxayınçılıqdam söhbət belə ola bilməzdi. Biz son dəqiqəyə qədər mübarizə apardıq. Qapımıza qol vurulmadan əvvəl hesab 2:0 xeyirimizə ola bilərdi".
Nahid Məmmədov