Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun bağlanış matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Son oyunda “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib. Matça saat 19:30-da start verilib.
Ağdam təmsilçisi bu oyunda qalib gəlməklə əsas izləyicisi ilə xal fərqini daha da artıracaqdı.
Komandalar arasında birinci dövrədə keçirilən oyunda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlmişdi. Elə bu oyunda da Ağdam təmsilçisi qələbə qazanan tərəf olub.
Qeyd edək ki, turun digər oyunları həftəsonu baş tutub. “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) oyunlarında qalib müəyyənləşməyib. “Kəpəz” “Sabah”a 0:2 hesabıyla uduzubsa, “Neftçi” “Zirə”ni 1:0 məğlub edib.
Misli Premyer Liqası
15-ci tur
4 dekabr
“Qarabağ” – “Qəbələ” 3:0
Qollar: Hamidu Keyta, 7. Nəriman Axundzadə, 64. Olavio Juninyo, 90+2.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu.
Qarabağ: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.