09:52 04.12.2023 517

\"Azər müəllimi çox istəyirdik\" - Elnur Cəfərov

"Kəpəz" Premyer Liqanın 15-ci turunda "Sabah"a məğlub oldu. Baxmayaraq ki, gəncəlilər 0:2 uduzduqları oyunda heç də pis təsir bağışlamadılar. Adil Şükürov komandanı meydana çıxardığı 2-ci oyunda heyətdə bəzi dəyişiklik etmişdi. Xüsusilə Elnur Cəfərovun sona qədər ehtiyatda qalması sual doğurdu. 

Yarımmüdafiəçi matçdan sonra Fanat.Az-a açıqlamasında bu və digər məqamlara aydınlıq gətirib.

- İlk öncə oyunla bağlı fikirlərini öyrənmək istəyirik.

- Fikrimcə, komandamız yaxşı oynadı. Qol imkanlarımız oldu. "Sabah"ın qolundan əvvəlki epizodlardan istifadə edə bilsəydik, oyun başqa cür olacaqdı. Futbolun belə yazılmamış qanunu var ki, vura bilməyənə vurarlar. Biz istifadə edib yararlana bilmədik, əvəzində isə "Sabah" istədiyi qolu vurdu. Bundan sonra psixoloji üstünlük onların tərəfinə keçdi. Hesabı bərabərləşdirmək istərkən qapımızda ikinci qolu gördük. Nə qədər yaxşı oynasaq, qolu vura bilməyəndən sonra istər-istəməz komanda da özünü toparlaya bilmir.

- Bu mövsüm ilk dəfə meydana çıxmadın. Səbəbi nədir? Ümumiyyətlə, "Kəpəz"də öz oynunu necə dəyərləndirirsən ? 

- Ciddi səbəb yoxdur, məşqçinin qərarı idi. Hardasa 3 ilə yaxın idi ki, divizionda oynayırdım, premyer-liqadan uzaq düşmüşdüm. Belədə nə qədər də çox oynasam da, hələ də praktika və tempə öyrəşə bilməmək öz sözünü deyirdi. Yəni əvvəlki kimi oynaya bilməməyimin səbəbi bu müddət ərzində geri düşməyim idi. Amma bu mövsüm bü gün istisna olmaqla, bütün oyunlarda meydanda olmuşam. Həm də 14 oyunun 11-də start heyətində yer almışam. Tədricən özümə inam gəlir və bunun bəhrəsini ikinci dövrədə görəcəksiz.

- Ötən ay "Kəpəz"də baş məşqçi dəyişikliyi oldu. Azər Məmmədovu Adil Şükürov əvəz etdi. Bu dəyişiklik sizə necə təsir göstərir? İki məşqçinin dəsti-xəttində nə kimi dəyişiklik var? 

- Azər müəllim komandanı hardasa yenidən yığmışdı. İnsafən, yaxşı oyunlarımız da oldu. İddialıların demək olar hamısından xal ala bilmişdik. Bəzən ilk dəqiqələrdə buraxdığımız qol, bəzən də qapıçının səhvi üst-üstə gələrək nəticə verə bilməməyinizə səbəb oldu. Azər müəllimi çox istəyirdik. Onun istefası bizim üçün də gözlənilməz oldu. Amma işin yaxşı tərəfi odur ki, Azər müəllimin yerinə əcnəbi yox, yerli məşqçi gəldi. Adil müəllimin də öz oyun fəlsəfəsi var. Fikrimcə, bir az vaxt lazımdır. Zamanla Adil müəllimin oyun fəlsəfəsini qüsursuz icra edəcəyik. Komandanın içindəyəm deyə, bu oyun fəlsəfəsinin detallarını açıqlaya bilmirəm. Amma hər iki məşqçinin fərqli dəst-xətti var.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 Mart 2024
00:55

“Sumqayıt” “Kəpəz”ə belə uduzdu - VİDEO

00:44

Azərbaycan yığması FIBA reytinqində irəlilədi

01 Mart 2024
23:38

Diniyevli “Ümraniyəspor”dan inamlı qələbə

23:19

İlk oyunda qolsuz heç-heçə

22:51

“Azərbaycan Kubokunu qazanmaq istəyirik”

22:23

“Sumqayıtda heç bir azarkeşin “niyə uduzdun” deməyə haqqı yoxdur” - Samir Abasov

22:07

“Oyun istədiyimiz kimi baxımlı olmadı” - Adil Şükürov

21:59

“Neftçi” kubokda ilk qələbəsinə sevindi

21:23

“Qarabağ”ın “Bayer”lə oyunlar üçün heyəti açıqlandı

20:55

MPL: "Sumqayıt" "Kəpəz"ə də uduzdu

20:03

Stolüstü tennisçilərdən beynəlxalq turnirdə iki medal

19:44

“Kəpəz”in Futbol Akademiyasının açılışı oldu

19:25

AVF prezidenti Boriçiçlə görüşüb

19:06

“İmişli” – “Karvan” oyunu ilə bağlı cəzalar açıqlandı

18:47

“Turan Tovuz” və “Sabah”ın futbolçularına 1 oyunluq cəza

18:28

“Qəbələ”nin futbolçusu cəzalandı

18:09

AFFA-dan baş məşqçiyə 6 aylıq qadağa

17:51

Yeganə namizəd Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verdi

17:29

Rəhbərlik Sarrini bağışlayacaqmı?

17:07

Sezar Meza Kolli Azərbaycan klubunda - RƏSMİ

16:53

Mbappe "Real"ın sabiq ulduzunun evini alır

16:31

Hakimov İTV-nin AÇ-2024-lə bağlı planlarını açıqladı  

16:13

Rövnəq Abdullayevin AFFA prezidentliyi ilə bağlı qərarı açıqlandı - RƏSMİ

15:54

"Kəpəz" "Sumqayıt"la matça neçə itki ilə çıxacaq? - AÇIQLAMA

15:37

"Bayer" "Qarabağ"la oyunlar üçün 31 futbolçu sifariş etdi

15:20

"Qarabağ"ın qapıçısı Rusiya millisinə çağırıldı

15:02

Simeone "Atletik"ə darmadağını şərh etdi: "Bu, rəqib haqda çox şeydən xəbər verir"

14:43

"Sumqayıt"ın 4 futbolçusu "Kəpəz"ə qarşı oynaya bilməyəcək

14:24

"Demək olar ki, yarımcan oynayırıq" - Ədəhim Niftəliyev

14:07

"Bu, mənim üçün şərəfdir" - Deklan Rays

13:50

ETOPAZ 12 yaşında

13:41

Runi çalışdırmaq istədiyi 2 klubun adını açıqladı: "Növbəti dəfə nəyi necə edəcəyimi bilirəm"

13:24

Azərbaycan cüdoçuları üçün uğursuz start

12:50

Növbəti turun oyun cədvəli açıqlandı - Məkan yenidən dəyişdi

12:32

UEFA Romaonun, Cəfərquliyevin və Rəhmanovun cəzasını açıqladı

12:23

“Prezident Kuboku” yenidən Avropa Kanoe Assosiasiyasının təqvim planında

12:04

İdman direktoru Alonsonun gələcəyi ilə bağlı nə dedi?

11:47

"Kəpəz" üçün avtobus alındı 

11:31

"Holandla müqavilə imzalamağa bir addım qalmışdım"

11:13

"Makkabi" "Sabah"ın vingerinə elçi düşdü

Facebookdan bizi izləməyi unutmayın.
X