"Qarabağ"ın "Krasnodar"a satdığı Kadi qış transfer pəncərəsində Rusiya təmsilçisini tərk etməyəcək.
Fanat.Az xəbər verir ki, bunu Rusiya Premyer Liqasının 17-ci turu çərçivəsində "Orenburq"a qarşı keçirilən matçı (2:1) vərəqə limiti dolduğu üçün buraxan braziliyalının agenti Roberto Alisk deyib.
Alisk yerli mətbuata açıqlamasında Kadiyə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarından təkliflər gəldiyini, lakin "Krasnodar"ın onu buraxmadığını bildirib: “Kadinin təklifləri var idi. Amma “Krasnodar” transferə razılıq vermədi”.
Xatırladaq ki, sözügedən futbolçunun "Krasnodar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Nihat