İkinci Liqanın geridə qalan 13 turundan sonra "Göygöl"ün hücumçusu Vüqar Əşrəfli "Şahdağ Qusar"ın futbolçusu Tural Qürbətovla birlikdə bombardirlər cədvəlinə başçılıq edir. 16 qola imza atan forvardla əlaqə saxlayıb cari mövsüm göstərdiyi performans və klubunun çıxışı barədə danışdıq.
Əşrəflinin Fanat.Az-a müsahibəsi belə alındı:
- Qarşınıza neçə qol vurmaq hədəfi qoymusunuz?
- Belə hədəfim yoxdur, amma komandam üçün əlimdən gələni edirəm.
- "Göygöl"ün oyunun sisteminin sizin qolları sıralamağınıza nə dərəcədə təsiri var?
- Mənim bu qədər qol vurmağımda komanda yoldaşlarımın əməyi çoxdur.
- Komandanın bu mövsüm çıxışını necə dəyərləndirirsiniz ? Hər şey gözlədiyiniz kimi alınır?
- Komandamız bu mövsüm əla start götürmüşdü, amma bəzi hakimlərin səhv qərarları bizi aşağı sıralara saldı.
- Sizcə, qəsdən qərəzli qərarlar verilir?
- Mənim fikrimcə, bəli.
- Sizcə, niyə?
- Yəqin ki, bölgə komandalarının yuxarı pillələrdə görmək istəmirlər, ya da oyun alqı-satqısı olur.
Nahid Məmmədov