Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı ölçü götürülüb.
“Turan Tovuz” – “Sumqayıt” oyununda tovuzluların, ertəsi gün eyni məkanda keçirilən “Kəpəz” – “Sabah” matçında isə nominal meydan sahiblərinin dörd və daha çox futbolçusu sarı vərəqə aldığına görə hər iki qərb təmsilçisi 700 manat cərimələnib.
Bundan başqa, “Qarabağ” – “Qəbələ” görüşü başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Qarabağ" 800 manat cərimə edilib.