“Neftçi” Misli Premyer Liqasının 16-cı turu çərçivəsində “Turan Tovuz”la keçirəcəyi oyuna hazırlığını davam etdirir.
Fanat.Az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" ev oyununa itkilərlə çıxacaq.
Xəbərə görə, bir müddətdir zədəli olan oyunçulardan İvan Brkiç hələ də fərdi olaraq hazırlığını davam etdirir. Ataa Caber isə topuğundakı burxulma səbəbi ilə 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu dekabrın 10-u saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.