Bu gün Misli Premyer Liqasında XVI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə 2 görüş reallaşıb.
Əvvəlcə Qəbələdə atsayderlər üz-üzə gəliblər. "Qəbələ" doğma meydanda "Kəpəz"i sınağa çəkib. Məğlub olan komanda turu, həm də böyük ehtimalla, mövsümün ilk yarısını sonuncu - 10-cu yerdə başa vuracaqdı. Qarşılaşma Gəncə təmsilçisinin böyükhesablı qələbəsiylə yekunlaşıb.
Günün digər qarşılaşmasında isə liderin ən yaxın izləyicisi "Zirə" iddialılardan olan "Araz-Naxçıvan"la münasibətlərinə aydınlıq gətirib. İlk dövrədə "qartallar"ı minimal hesabla məğlub etməyi bacaran debütant hazırda yaxşı formada deyildi. Azər Bağırovun komandası 11-ci turda "Qarabağ" üzərində sürpriz qələbədən (2:1) sonra 4 oyundu üç xala həsrət idi. Bu oyunda isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, turun dünən baş tutan açılış oyununda "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Turun daha 2 qarşılaşması ("Sabah" - "Səbail" və "Neftçi" - "Turan Tovuz") sabah keçiriləcək.
Misli Premyer Liqası
XVI tur
9 dekabr
“Qəbələ” – “Kəpəz” 0:3
QolLar: Georgi Papunaşvili, 6, 73, Adama Niane, 69
Qırmızı vərəqə: Emin Səfərov
“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal.
Baş məşqçi: Adil Şükürov.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Qəbələ şəhər stadionu
“Zirə” – “Araz-Naxçıvan” 0:0
"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov
"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 82. Vüsal Alızadə, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç
Baş məşqçi: Azər Bağırov
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu