Bu gün Beynəxalq Futbol Günüdür. "Qarabağ"ın sabiq müdafiəçisi, hazırda Azərbaycan millisinin məşqçisi vəzifəsində çalışan Arif Əsədovla əlaqə saxlayıb bu il ölkəmizin futbol müstəvisində necə təsir bağışladığını soruşduq.
Əsədovun Fanat.Az-a açıqlaması belə oldu :
"Öz adımdan ünya futbol ictimaiyyətini və ölkəmizdəki futbol aləmində olan hər kəsi təbrik edirəm. Həm klub, həm milli sahəsində inkişafımız var. Millinin qrupdakı son oyunları və əldə etdiyi nəticələr bir neçə pillə irəiyə döğru addım atmasına səbəb olmdu. Klub səviyyəsində "Qarabağ"ın uğurları bizi daha çox irəli aparır. Bu baxmdan "Qarabağ" simasında biz daha da irəliləyirik. Bilirsiniz ki, millidə klublardan asılı olduğu üçün təkcə "Qarabağ"ın yox, digər klubların da fəallaşması vacibdir. Millini və klubu müqayisə etsək görərik ki, klublar istədikləri futbolçunu ala bilirlər, amma milli yalnız klublarımızdan aslıdır. Dediyim kimi, futbolçularımız nə qədər beynəlxalq arenada olsalar, milliyə bir o qədər faydaları dəyər. Daha çox arzulayardım ki, futbolçularımız və klublarımız beynəlxalq turnirlərdə yer alsınlar ki, bu, millimiz üçün bir təkan olsun. Düşünürəm ki, bu baxmdan az da olsa, inkişaf var".
Nahid Məmmədov