Rusiyanın Birinci Liqa təmsilçisi “Şinnik”inin "Sabah"ın çalışdırıcısı Murad Musayevi baş məşqçi postuna gətirmək istədiyi və sözügedən klubun idman koordinatoru Aleksandr Pobeqalovun 40 yaşlı mütəxəssislə danışıq aparmaq üçün Azərbaycana gəldiyi təsdiqlənib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Yaroslavl təmsilçisinin baş direktoru Qalimcan Xayrulin idman koordinatorunun Bakıya yollandığını gizlətməyib:
“Bəli, Aleksandr Mixayloviç Azərbaycana uçub. Yaroslavlda futbolu inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Hazırda bir neçə namizədlə danışıq aparırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.