“Neftçi”nin futbolçusu Yuri Matiasın iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Dekabrın 14-də saat 12:00-da “Neftçi Arena”da təşkil olunacaq tədbirdə təcrübəli yarımmüdafiəçi "Qarabağ"la prinsipial matç ərəfəsində media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, bu ilin yayında transfer olunmuş Matias bunadək Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/22 mövsümündə “ÇFR Kluj”la Rumıniya çempionu olub.