Bu gün Misli Premyer Liqasında XVII tur start götüüb.
Fanat.Az xəbər verir ki, turun açılış oyunu Tovuzda baş tutub.
Günün yeganə matçında "Kəpəz" "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib.
15:30-da başlayan qarşılaşma 1:1 hesablı bərabərliklə bitib.
Qeyd edək ki, XVII turun digər matçları 15, 16 və 18 dekabrda gerçəkləşəcək.
Misli Premyer Liqası
XVII tur
14 dekabr
"Kəpəz" - "Sumqayıt" 1:1
Qollar: Georgi Papunaşvili,43 - Roi Kehat, 20
Baş hakim: Cavid Cəlilov.
Tovuz şəhər stadionu
Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 26. Adama Niane, 91. Latir Fall, 24. Olavale Onanuqa.
Baş məşqçi: Adil Şükürov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.