Bu mövsüm Misli Premyer Liqasında topa sahibolma və dəqiq ötürmə faizində “Qarabağ” liderdir.
Fanat.Az xəbər verir ki, informasiya Beynəlxalq İdman Araşdırmalar Mərkəzinə (CIES) məxsusdur.
Ağdam təmsilçisi bu göstəricilərdə çempionatın digər iştirakçılarını qabaqlayır.
İlk 16 turun statistik göstəricilərinə nəzərən "köhlən atlar" orta hesabla hər oyunda topu 59 faiz özündə saxlayıb. Ağdam təmsilçisinin dəqiq ötürmələri isə 85,6 faiz təşkil edir.
Topa sahibolma:
1. “Qarabağ” – 59 faiz
2. “Sabah” – 55,8
3. “Neftçi” – 53,8
4. “Zirə” – 52,2
5. “Qəbələ” – 51,5
6. “Sumqayıt” – 49,2
7. “Səbail” – 44,9
8. “Turan Tovuz” – 44,8
9. “Kəpəz” – 44,2
10. “Araz-Naxçıvan” – 43,2
Dəqiq ötürmə:
1. “Qarabağ” – 85,6 faiz
2. “Zirə” – 84,6
3. “Neftçi” – 84
4-5. “Qəbələ” – 82,8
4-5. “Sabah” – 82,8
6. “Sumqayıt” – 82,7
7. “Səbail” – 80,5
8. “Kəpəz” – 80,3
9. “Turan Tovuz” – 78,4
10. “Araz-Naxçıvan” – 75,6