Misli Premyer Liqasının 17-ci turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.
Fanat.Az xəbər verir ki, azarkeşlər biletləri bu gün iticket.az-da əldə edə biləcəklər.
Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.