Birinci Liqanın 11-ci turunda "Mingəçevir" doğma meydanda "Araz Saatlı"nı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Şəhərlilər"in baş məşqçisi Ədəhim Niftəliyevlə əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.
Niftəliyevin Fanat.Az-a açıqlaması belə oldu:
"Keçənilki "Araz Saatlı" olsaydı, deyərdim ki, rəqib zəif olduğuna görə uşaqlar qalib gəldi. İndi deməzdim ki, "Araz Saatlı" zəifdir. Keçən ilə nisbətən çox dəyişikliklər olub. Yeni baş məşqçi və legionerlər komandaya qoşulub. Mən bu faktları nəzərə almışdım və bir həftə "Araz Saatlı"nın oyunu üzərində məşqlər keçmişik. Gənclərin özünə inamını demək olar ki, bərpa etmişəm. Bizim uşaqlar çox yaxşı oynadı. Nəinki "Araz Saatlı"ya, bütün komandalara qarşı azarkeşlər Mingəçevirdə belə oyun görəcək".
Nahid Məmmədov