Birinci Liqanın 11-ci turunda nominal ev sahibi olan "Difai Ağsu" Şamaxıda "Karvan”la qarşılaşıb. Görüş ev sahibi komandanın minimal hesablı qələbəsi (1:0) ilə yekunlaşıb. Görüş barədə “fədailər”in prezidenti Asəf Məlikov Fanat.Az-a müsahibə verib.
- "Karvan" üzərindəki qələbəni necə dəyərləndirərdiniz?
- Qələbəyə doğru gedirdik. Bir neçə oyunda qələbə son anda əlimizdən çıxmışdı.
- Oyundan sonra hər bir futbolçuya 30 min manat mükafat verilməsi faktı nə dərəcədə doğrudur?
- Klubun daxili işləri barədə məlumat vermirik. Yalnız onu deyə bilərəm ki, şişirdilmiş rəqəmdir. "Karvan" güclü komandadır. Lakin çempionatda 1 qələbəyə görə hər futbolçuya milli komandaya verilən məbləğ qədərində mükafat verilməsi şişirdilmiş xəbərdir.
- İlk dövrəni ümumilikdə necə qiymətləndirirsiz?
- Dövrə hələ davam edir. Bitəndən sonra fikirlərimi bölüşmək daha doğru olar.
- Komandaya yeni sponsorların cəlb olunması ilə bağlı işlər nə yerdədir?
- Sponsor axtarışındayıq. Hələ ki, öz gücümüz və AFFA (dövlət) dəstəyi ilə fəaliyyət göstəririk.
Nahid Məmmədov