Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Neftçi” – “Qaradağ Lökbatan” oyununun biletləri satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, qiyməti 2, 5, 10 və 15 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
//iticket.az/.../neftci-pfk-qaradag-lokbatan-fk/107159
“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.