Misli Premyer Liqasının XVIII turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna tam heyətlə hazırlaşa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Pyer Zebli vərəqə limiti dolduğu üçün cəzalı duruma düşüb. "Turan Tovuz"la kubok matçında qollardan birinin müəllifi olan (2:1) Filipe Paxtman isə təəssüf ki, yenidən zədələnib".
Qeyd edək ki, "Zirə" - "Qarabağ" qarşılaşması dekabrın 24-də keçiriləcək. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq görüşün start fiti 18:30-da səslənəcək.
Nihat