Misli Premyer Liqasının XVIII turunda "Qəbələ"nin qonağı olacaq "Sabah" oyuna ciddi itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Vinsent Till və Boyan Letiç vərəqə limitləri dolduğu üçün "Qəbələ"yə qarşı oynaya bilməyəcəklər. Kristian Sebalyos ilə Davit Volkov isə zədə səbəbindən məşqlərdə iştirak etmirlər. Bu futbolçular da növbəti oyunu kənardan izləyəcəklər".
Qeyd edək ki, dekabrın 22-də keçiriləcək "Qəbələ" - Sabah" qarşılaşması 16:00-da başlayacaq.