11:06 22.12.2023 431

"Çox sevinirəm ki, bu tarixin bir parçasıyam" - Toral "İmarət"i arzulayır

Dünən Xankəndidə "Qarabağ"la MOİK arasında Azərbaycan kubokunun 1/8 final mərhələsinin görüşü olub. Ağdam klubu matça əlavə olunmuş dəqiqələrdə vurduğu yeganə qol sayəsində mərhələ adlayıb. 

"Qarabağ"ın futbolçusu Toral Bayramov Fanat.Az-a açıqlamasında həm oyunu dəyərləndirib, həm Xankəndidə ilk matçın keçirilməsi ilə bağlı təəssüratlarını bölüşüb, həm də digər sualları cavablandırıb:

- Ağır oyun oldu. Stadion amili, yəni süni ot örtüyünün olması da öz rolunu oynadı. Buna baxmayaraq iki gün öncə derbi matça çıxmışdıq. Yorğunçuluk var idi. Şükürlər olsun qalib gələn tərəf biz olduq.

- Ot örtüyünün oynunuza təsiri necə idi ? Bərbad vəziyyətdə idi? 
- Xeyr, bərbad vəziyyət deməzdim. Bundan pislərini görmüşük. Sadəcə, müasir futbol oynamağa imkan vermir.

- Xankəndidəki ilk tarixi oyun barədə təəssüratların necədir?
-  Bir azərbaycanlı kimi qürurvericidir. Çox sevinirəm ki, bu tarixin bir parçasıyam. Ali baş komandanımıza təşəkkürümü bildirirəm ki, qısa müddətdə belə bir oyunu burda təşkil etdilər. Allah ordumuzu daim müzəffər etsin. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

- Rəqibdən belə müqavimət gözləyirdiniz? 
- Əlbəttə, gözləyirdik. Hətta başqa komandaların oyununa baxanda Birinci Liqa klubunun istəkli olduğunu görürsən. Qələbə qazanıb özlərini sübut etmək istəyirlər. Bu, normaldır.

- Ölkə başçısı qeyd etdi ki, tezliklə "İmarət" stadionunun inşasına başlanacaq. Sənin bu haqda fikirlərin nədir? 
- Xoş təəsüratlardır. Bizim üçün də komanda olaraq evə qayıtmağımız daha yaxşı olar. Ümid edirəm ki, tezliklə stadion tikilər və Avropa Liqasının ev oyunlarını "İmarət"də oynayarıq.

- Növbəti oyunlarda burada oynamaq istərdinizmi?
 - İstəyərik, niyə istəməyək ? Çox gözəl ab-havalı stadiondur. Allah qoysa, gələcəkdə ot örtüyünü dəyişsələr, lap əla olar. Heç bir problem yoxdur.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X