Bu gün Misli Premyer Liqasında 18-ci tur çərçivəsində daha 2 oyun keçirilib.
Fanat.Az xəbər verir ki, bu görüşlər paytaxtdan kənarda baş tutub.
"Turan Tovuz" doğma azarkeşləri önündə "Araz-Naxçıvan"ı sınağa çəkib. Qonaq komanda səfərdən üç xalla dönməyi bacarsa, hətta 2-ci yerə qalxa bilərdi. Qərb təmsilçisi isə autsayder mövqeyi ilə arasındakı xal fərqini artırmaq əzmindəydi. Amma bu qarşılaşma tovuzluların 2:1 hesabıyla öndə olduğu vaxtda, 81-ci dəqiqədə dayandırılıb. Buna Tovuz şəhər stadionunda işıq dirəyinin güclü külək səbəbindən aşması səbəb olub.
Günün son oyunu isə Sumqayıtda reallaşıb. Şəhərin eyniadlı komandası "Səbail"i qonaq edib Hər iki komanda ili ilk "üçlük"də başa vurmaq üçün oyundan qalib ayrılmağa çalışıb. Matçın yekununda sevinən tərəf "Sumqayıt" olub.
Qeyd edək ki, tura dünən "Qəbələ" - "Sabah" (1:0) görüşü ilə start verilib. İlin son oyunları sabah ("Neftçi" - "Kəpəz", "Zirə" - "Qarabağ") olacaq.
Misli Premyer Liqası
XVIII tur
23 dekabr
“Turan Tovuz” – “Araz-Naxçıvan” 2:1 (matç yarıda qalıb)
Qollar: Xəyal Nəcəfov, 5. Bruno Qonçalves, 16 - İsmail Azzauli, 58.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
Turan Tovuz: 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Məhəmməd Kadiri.
Baş məşqçi: Azər Bağırov.
“Sumqayıt” – “Səbail” 1:0
Qol: Adi Mehremiç, 70-öz qapısına.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov.
Baş məşqçi: Şahin Diniyev.