11:30 23.12.2023 858

Xankəndi: Gerçəkləşən röyamız! - Səfər təəssüratları 

Bilmək istəyirsiz dekabrın 21-də Qarabağın başkəndinə səfərdən sonra özümü necə hiss edirəm? Ta Xanın Kəndisi! 

Əslində, "Qarabağ" - MOİK kubok matçının keçirildiyi Xankəndinə səfərlə bağlı təəssüratlarımı bölüşmək istəmirdim. Ömürboyu şüuraltımda qalmağını istəyirəm. Xudpəsənd, qeyri-təvazökar görünəcəyimi bilsəm də. Amma peşə öhdəliyi də var axı... 


Səfərə çıxdığımız gecəni ümumiyyətlə yatmadım, gözümə yuxu getmədi. Saat 1-ə işləmiş evdən çıxıb toplaşma məntəqəsinə - "Koroğlu" metrosunun arxasındakı dayanacağa çatanda gözlərimə inanmadım. İynə atsan, yerə düşməzdi. Yolu məndən yaxın olanları başa düşdüm, məndən də o tərəfdən - Xocasəndən gələn Anar Cəfərsoy evdən 23.30-da çıxıb. Adam metro ilə gəlib və yola düşənə qədər 4 saat soyuq havada gözləməli oldu. 
Halal olsun səfəri təşkil edənlərə. 50 avtobus, hərəsində 45-50 adam. O qədər insanı yerbəyer etmək, sənədlərini yoxlamaq, yol çantası, azuqə ilə təmin etmək. Hamısını qüsursuz yerinə yetirmişdilər. 

Özümə söz vermişdim ki, o müqəddəs torpağa qədəm qoyanda ağlamayacağam. Nə qədər çətin olsa da, Xocalıdan, Əsgərandan keçəndə məni boğan qəhəri şəkil çəkməklə ötüşdürdüm. Amma gizlətmirəm, vahimələnmişdim. Sanki erməni vəhşilərinin əlindən qaçan, qarlı havada çılpaq ayaqları, digər əzaları donan Xocalı şəhidlərinin ruhları səsləyirdi məni. Nə yaxşı ki, təzəliklə azadlığa qovuşmuşdu o yaralı torpaq.  Görünür, ruhlar sakitləşmişdi, yoxsa əhatələrindən çıxmaq olmazdı... 



Bu da Xankəndi. Hələ erməni nişanları, yazıları qalır bəzi binaların, obyektlərin üzərində. Amma olsun, onlar da təmizlənəcək tezliklə. Elə yolumuzun üstündə, iki yerdə postu olan ruslar da gedəcəklər. Ən çox ləzzət edən o idi ki, sülhməramlılar qarşımıza çıxmadılar, sadəcə kənardan müşahidə etdilər. Beləliklə, Xankəndiyə qürur hissi ilə daxil olduq. Boş küçələr, boz binalar adamın canını sıxır. Qeyd etdiyim kimi, nə qədər tör-töküntüləri qalır, hələ tam dəyişilməyib, bu, normaldır. Prezident demişkən, separatizmin bütün töküntüləri tarixin zibilliyinə atılandan sonra o yerlər daha da gözəlləşəcək. Xankəndi stadionu kimi. Şəhərin mərkəzindən, yüksəklikdən balaca görünür, amma 100-120 pilləkən enib yaxınlaşdıqda tam fərqli auraya daxil olursan. Sanki illərdi bura gəlib oyun izləyib reportaj hazırlamışdım. Elə qısa müddətdə "Xankəndili" olan azarkeşlər də. Bəzən onların bizimlə Bakıdan və ölkənin digər bölgələrindən gəldiyini unudurdum. O qədər içdən, candan dəstəkləyirdilər ki...

"Ağlamayacağam" demişdim, amma himnimiz səslənəndə dözmədim. İlahi, nə böyük xoşbəxtlikdir bu. Uzun həsrətin şirin vüsalıdır. Şəhid ruhlarının pərvaz etdiyi, doğmalarının da olduğu məkanda başımızın üstündə dövrə vuran o ruhlara əbədi rəhmət olsun! Qazilərimiz zatən diqqət mərkəzində idilər. Hətta komandalar oyunun fasiləsindən dönüb ikinci hissəyə başlayanda prezident iki məşqçi skamyasının arasındakı texniki zonada onları başına yığıb söhbətləşirdi. Sıravi azarkeşlər isə bu birliyi alqışlarla süsləyirdilər. Baxdıqca doymadığım tamaşa idi...    


Ümumiyyətlə, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın oyunu, bu tarixi anı izləməyə gəlməsi bayrama bayram qatdı. Ölkə başçısı şəhid övladlarının əhatəsində izlədiyi matçın sonuna qədər tərk etmədi stadionu və bildiyim qədərilə bu da bir ilk oldu. Ali Baş Komandan çıxışında "İmarət"in də müjdəsini verdi. Tezliklə Ağdamda da görüşmək ümidi ilə...

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X