22:45 24.12.2023 395

“2023-cü il bizim üçün uğurlu oldu” – Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Dinamik, səbrli oyunla qalib gəldilər. Tempi qoruyub-saxlamaq heç də asan deyil. Rəşad Sadıqov bu oyuna çox yaxşı hazırlaşmışdı. "Zirə" çəkinmədi, müdafiədə oturmadı. Bizim üçün heç də asan olmadı. İkinci hissənin sonlarına yaxın "Zirə" üstünlüyü ələ aldı.

Futbolçular bir neçə gün rahat istirahət edə bilərlər. Onlar üçün darıxacam. Futbolçuların mənim üçün darıxacaqlarını bilmirəm. Yanvarın 5-də yenidən görüşəcəyik. İstirahət üçün vaxtım az olacaq. 2-3 gündən sonra iş başında olacam. Çünki yanvardan sonra proqramımız daha sıx olacaq. Yaxşı plan üzrə ikinci yarıya hazır olmalıyıq. İşimiz çoxdur. Xaricə gedib vaxt itirmək istəmirdik. Məncə, problem olmayacaq. Komanda uzun müddət istirahətdə olmayacaq. Vaxtımız çox olanda ölkə xaricinə gedirdik. Çempionatın əvvəlindən formamızı daha da yaxşılaşdırmağa çalışacağıq.

2023-cü il uğurlu keçdi. Məqsədimiz çempionatda uğurlu çıxış etmək idi. Şükürlər olsun ki, Premyer Liqada çempion olduq. Çempionlar Liqasının qrupuna düşməsək də, Avropa Liqasında yaxşı mövsüm keçirdik. Çətinliklər oldu. Gözləntilər çox idi. Digər klublarımız məğlub oldu, ona görə bütün diqqətlər bizim üzərimizdə idi. Amma futbolçularım yaxşı çıxış etdilər. Ölkə kubokunda mübarizəmizə davam edirik. Xankəndidə olmaq, orda oyun keçirmək ilə damğa vurdu. Əziyyət çəkdik, sonda da gedib orda da oyun keçirdik. İnşallah, bundan sonra ölkəmizdə sakitlik olar və düşmən bizə heç bir təsir göstərə bilməz.

Danışıq apardığımız futbolçular var. Nə dərəcədə uğurlu olacaq onu bilmirəm. Bizim futbolçularla da maraqlanan komandalar var, amma ciddi təklif yoxdur. Çalışırıq ki, bu məsələləri ikitərəfli yoluna qoyaq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X