09:40 25.12.2023 588

“Qarabağ” qış fasiləsinə 12 xal öndə yollandı  – Tura baxış

Misli Premyer Liqasının XVIII turu məşqçi dəyişikliyi ilə yadda qaldı. “Neftçi”də gözlənilən ayrılıq gerçəkləşdi və rumıniyalı çalışdırıcı Adrian Mutu ilə yollar ayrıldı. Qış fasiləsindən sonra “Neftçi”ni meydana monteneqrolu mütəxəssis Miodraq Bojoviç çıxaracaq. Amma çətin ki, bu dəyişiklik “Qarabağ”ın növbəti çempionluğuna doğru inamla addımlamasını əngəlləyə. Çünki “köhlən atlar” fasiləyə ən yaxın izləyicisi “Zirə”dən 12 xal, “Neftçi”dən isə 13 xal öndə yollandı.

“Qəbələ” – “Sabah” 1:0
Qol:
Murad Musayev, 45+2
“Qəbələ”: 13. Kristof Atanqana, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 10. Omar Hani.
Baş məşqçi: Elmar Baxşıyev.
“Sabah”: 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 24. Maruan Hadudi, 19. Emmanuel Apeh, 28. Kahim Parris, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.

Bu qarşılaşmanı obrazlı ifadəylə bir Murad Musayevin digər Murad Musayevi məyus etməsi də adlandırmaq olar. “Qəbələ”nin gənc futbolçusu Muradın ilk hissənin sonlarında vurduğu qol yeganə oldu və bu qol “Sabah”ın məğlubiyyəti üçün kifayət etdi. Düzdür, Anatoli Nuriyevin penalti zərbəsi qapı dirəyinə dəyməsəydi, görüşdə başqa ssenari də izləyə bilərdik. Amma “Sabah”ın hücumçusu bu şansdan yararlana bilmədi. İntizamla müdafiə olunan “Sabah” sona qədər qapsını toxunulmaz saxlaya bildi. Paytaxt təmsilçisinin rusiyalı çalışdırıcısı oyundan sonra üstün oynadıqlarını, qol vəziyyətləri yaratdıqlarını desə də, 90 dəqiqənin axarı və qarşılaşmanın nəticəsi heç də bundan xəbər vermirdi.
“Qəbələ” bu qələbə sayəsində bir qədər rahat nəfəs alıb, qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollandı. 14 xallı “Qəbələ” turnir cədvəlinin sonuncusu olsa da, bu pillədən qurtulmağa ümid var. 22 xalla 8-ci pillədə qərarlaşan “Sabah” isə hədəflərindən xeyli uzaq düşüb.

“Turan Tovuz” – “Araz-Naxçıvan” 3:1
Qollar:
Xəyal Nəcəfov, 5. Bruno Qonçalves, 16. Ayxan Quseynov, 90 - İsmail Azzauli, 58.
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov. 
Baş məşqçi: Ayxan Abbasov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Məhəmməd Kadiri.
Baş məşqçi: Azər Bağırov.

Tovuzdakı oyunu iki günə başa çatdırmaq mümkün oldu. Tovuz şəhər stadionuna quraşdırılmış projektorlardan biri güclü küləyə tab gətirməyib, aşdığına görə qarşılaşma yarımçıq qaldı. Yalnız bir gün sonra görüş qaldığı yerdən davam etdirildi. Bu hadisəyə qədər meydan sahibləri 2:1 hesabıyla öndə idi. Xəyal Nəcəfov erkən qolla komandasını önə keçirdi. Bu qoldan 11 dəqiqə sonra Bruno “Turan Tovuz”un üstünlüyünü iki topa çatdırdı. Azzauli 58-ci dəqiqədə qonaqları ümidləndirsə də, güclü külək oyunun axarına təsir göstərdi. Növbəti gün isə “Turan Tovuz” daha bir qol vuraraq 3:1 hesabıyla qələbə qazandı. İnsafən, külək olmasaydı belə meydan sahibləri daha yaxşı çıxış edirdilər və qələbəyə layiq idilər.
Xalını 22-ə yüksəldən Tovuz təmsilçisi qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollandı. Hər halda onlar turnir cədvəlində “Sabah”ı qabaqlayıb, 7-ci sıraya yüksəlməyi bacardılar. Bu tur xalsız qalan “Araz Naxçıvan” isə 26 xalla turnir cədvəlinin 6-cısıdır.

“Sumqayıt” – “Səbail” 1:0
Qol:
Adi Mehremiç, 70-öz qapısına.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov.
Baş məşqçi: Şahin Diniyev.

Şahin Diniyevin çalışdırdığı komanda Sumqayıt səfərindən xalsız qayıtdı. Maraqlıdır ki, iki eyni gücdə olan komandanın qarşılaşmasında görüşün taleyini avtoqol həll etdi. Özü də bu dəfəki avtoqola da əcnəbi futbolçu imza atdı. Adi Mehremiç 70-ci dəqiqədə adi epizodda qapıların yerini dəyişik saldı. “Səbail”in çoxsaylı cəhdləri yetərsiz olunca bu qol qarşılaşmanın taleyini də həll etdi. İnamla müdafiə olunan Samir Abasovun komandası mövsümün vacib oyunlarından birində qələbəni bayram etdi. 
Bu qələbə sayəsində “Sumqayıt” turnir cədvəlində də “Səbail”i üstələdi. “Gənclik şəhəri”nin təmsilçisi 27 xalla 4-cü pillədə yer alıb. 1 xal az toplayan “Səbail” isə elə bir pillə də geri qalır.

“Neftçi” – “Kəpəz” 2:0
Qollar:
Azər Salahlı, 8. Andre Şinyaşiki, 71.
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Məşqçi: Alin-Nikolae Çita.
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.

Başı məşqçi dəyişməyə qarışan “Neftçi” bu çətin məqamda qələbə qazanmağı da bacardı. “Ağ-qaralar” mövsümün açılış turunda məğlub olduqları “Kəpəz”i qış fasiləsinə qanıqara göndərdilər. Maraqlıdır ki, “Neftçi”nin hər iki qolundan sonra hakim VAR-da oturan həmkarları ilə məsləhətləşdi və qolu qeydə aldı. Azər Salahlının çətin vəziyyətdə fərqlənməsi “Neftçi”nin özünə inamını artırdı. Bu erkən qolun sayəsində meydan sahibləri daha rahat oynamağa başladılar. Andre Şinyaşikinin 71-ci dəqiqədə vurduğu qol da oyunun məntiqi axarına uyğun idi. 2:0 hesablı qələbə “Neftçi”nin azarkeşlərini də ümidləndin. Bundan sonra yeni baş məşqçinin rəhbərliyi altında bu uğurun davamının gələcəyinə ümid etmək olar.
Qələbə sayəsində xalını 28-ə çatdıran “Neftçi” 3-cü pilləni də ələ keçirdi. İndi “ağ-qaralar”ı “Zirə”dən də bir xal ayırır. 9-cu sıradakı “Kəpəz”in xalı isə 14-ə bərabərdir.

“Zirə” – “Qarabağ” 0:1
Qol:
Olavio Juninyo, 30.
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” mövsümün ən asan qələbələrindən birini qazandı. Düzdür, hesab arasındakı fərq minimal oldu. Amma meydan sahibi “Zirə” 90 dəqiqə ərzində Lunyovun qapısı qarşısında ciddi təhlükə yarada bilmədi. Belədə Juninyonun 30-cu dəqiqədə vurduğu qol da oyunda yeganə oldu. Həftəiçi Xankəndində kubok oyununa çıxan Qurban Qurbanovun yetirmələri 90 dəqiqə ərzində meydanda inamlı göründülər, topa və vəziyyətə nəzarəti əldən buraxmadılar.
Əsas rəqibini 1:0 hesabıyla üstələyən “Qarabağ” qış fasiləsinə də lider kimi yollandı. Özü də rəqiblərini xeyli qabaqlayaraq. 18 turdan sonra lider “Qarabağ”ın aktivində 41 xal var. İkinci pillədəki “Zirə” isə cəmi 29 xal toplamağı bacarıb.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

Facebookdan bizi izləməyi unutmayın.
X