"Kəpəz" Amil Yunanovun ardından heyətinə daha bir futbolçu qata bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, mövsümün ilk yarısını Birinci Liqa təmsilçisi "İrəvan"da keçirən Ədilxan Qarəhmədov Gəncə təmsilçisi ilə məşq edir.
Onun komandada qalıb-qalmayacağına bu gün aydınlıq gələcək. Qarəhmədovla bağlı qərar müsbət olsa, o, müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcək.