Ötən ay "Zirə"dən ayrılan Andriya Lukoviçin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
29 yaşlı futbolçu azad agent qismində "Radniçki"yə qoşulub.
2022-ci ilin avqustundan "Zirə"də olan Lukoviç cari mövsüm "qartallar"ın forması ilə 8 matça çıxaraq 1 qol ötürməsi ilə yadda qalıb.